Dünya çempionu Ukraynanın “qara siyahı”sına düşdü

Dünya çempionu Ukraynanın “qara siyahı”sına düşdü
İdman 09 Noyabr 2026 10:07
Almaniya millisinin Türkiyə əsilli sabiq futbolçusu Mesut Özil Ukraynanın "Peacemaker" (Sülhməramlı) resursunun məlumat bazasına daxil edilib.

Sitat.info xəbər verir ki, bu barədə resursun rəsmi saytında məlumat dərc olunub.

Bildirilib ki, Özil xüsusi hərbi əməliyyatı dəstəkləməkdə ittiham olunur. İttihamlar Özilin Rusiya milli komandalarının oyunlardan kənarlaşdırılması və İsrail komandalarına qarşı hərəkətsizliyi kontekstində Beynəlxalq Futbol Assosiasiyası (FIFA) və Avropa Futbol Assosiasiyaları İttifaqını (UEFA) ikili standartları aradan qaldırmağa çağıran bəyanatından irəli gəlir.

Qeyd edək ki, Mesut Özil Almaniya milli komandasının heyətində 92 oyun keçirib, 23 qol vurub və 40 məhsuldar ötürmə edib. O, 2014-cü ildə Almaniya millisi ilə dünya çempionu olub.