Almaniya prezidenti postunda qadın görmək istəyir

Almaniya prezidenti postunda qadın görmək istəyir
Dünya 09 Noyabr 2026 13:04
Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib

Sitat.info xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib. Onun öz dəstəyini rəsmi şəkildə elan edəcəyi gözlənilir.

Qeyd olunur ki, bundan əvvəl partiya daxilindən namizəd təklif edə bilmədiyi üçün təzyiqlərlə üzləşən kansler Aygnerin namizədliyini dəstəkləməkdən çəkinirdi. Onun namizədliyini isə Xristian-Sosial İttifaqının (XSİ) lideri Markus Söder fəal şəkildə irəli sürürdü.