Mərdəkan şossesində baş verən qəza sıxlıq yaratdı

Mərdəkan şossesində baş verən qəza sıxlıq yaratdı
HADİSƏ 09 Noyabr 2026 14:54

Paytaxtın Xəzər rayonu, Mərdəkan şossesində baş verən yol-nəqliyyat hadisəsi səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. 

Bu barədə Sitat.info-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazırda polis sıxlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görür.