Babək Quliyev UEFA-dan təyinat alıb

Babək Quliyev UEFA-dan təyinat alıb
İdman 09 Noyabr 2026 17:40

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev Avropa Futbol Assosiasiyaları İttifaqından (UEFA) növbəti təyinat alıb.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

Bildirilib ki, o, Türkiyənin Trabzon şəhərində keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının 2027-ci il seçmə mərhələsinin 11-ci qrupunun oyunlarında hakim-inspektor və UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Babək Quliyev noyabrın 11-də Macarıstan - Şimali Makedoniya, noyabrın 14-də Şimali Makedoniya - San Marino, noyabrın 17-də isə San Marino - Macarıstan qarşılaşmalarına təyinat alıb.