İran müharibəsində yeni cəbhə açılır? Bu ölkələr təcili hərəkətə keçdi!

İran müharibəsində yeni cəbhə açılır? Bu ölkələr təcili hərəkətə keçdi!
Gündəm 09 Noyabr 2026 21:57
Səudiyyə Ərəbistanı və Oman regional böhranın qarşısının alınması və müharibənin dayandırılması istiqamətində diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Sitat.info xəbər verir ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud və Omanın xarici işlər naziri Bədr əl-Busaidi telefon danışığı aparıblar.

Görüş zamanı regionda gərginliyin azaldılması, dəniz təhlükəsizliyinin qorunması və mühüm dəniz nəqliyyatı marşrutlarının fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələləri müzakirə olunub.

Nazirlər həmçinin son regional hadisələr fonunda iki ölkə arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Aytac,

Sitatinfo