İzmirdə fabrikdə güclü partlayış: ölənlər var 

İzmirdə fabrikdə güclü partlayış: ölənlər var 
Dünya 09 Noyabr 2026 18:46

İzmirdə fabrikdə güclü partlayış baş verib.

Sitat.info xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb.

Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb.

İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var.