Rusiya Əbu-Dabi görüşünə bu heyətlə qatılacaq

Rusiya Əbu-Dabi görüşünə bu heyətlə qatılacaq
Dünya 10 Noyabr 2026 10:45
Əbu-Dabidəki danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibi məlum olub.

Sitat.info xəbər verir ki, 11 nəfərdən ibarət nümayəndə heyətinə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir.

Heyətə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) operativ informasiya və beynəlxalq əlaqələr xidmətinin rəisi Aleksey Komkov, xarici işlər nazirinin müavinləri Mixail Qaluzin və Sergey Ryabkov, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov daxildir.

Ekspert qismində danışıqlar qrupuna Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəis müavini Yuri Jiqarlovski, Baş Qərargahın informasiya idarəsinin rəisinin birinci müavini Aleksandr Zorin, FSB xidmət rəhbərinin birinci müavini - əks-kəşfiyyat əməliyyatları departamentinin rəhbəri Dmitri Minayev, Rusiya Prezidenti Administrasiyasının humanitar sahədə dövlət siyasəti üzrə idarə rəisinin müavini Yelena Podobreevskaya, XİN-in MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişuk və XİN-in yayılmama və silahlara nəzarət üzrə departamentinin direktoru Oleq Postnikov daxildir.