Qəzada ölən sürücü bu dövlət qurumunun əməkdaşı imiş
İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi yeni detallar məlum olub.
Sitat.info bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, KIA markalı minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Həsən Həsənov Füzulİ Hava Limanının əməkdaşı olub.
Qeyd edək ki, DAF markalı yük avtomobili ilə KIA markalı minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.