Azərbaycana qar yağır
Noyabrın 10-u saat 11:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sitat.info-ya verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb.
Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala), Şahdağda 28, Lazada (Qusar) 24, Xınalıqda 23, Kəlvəzdə (Lerik) 10, Şahbuzda 8, Gədəbəydə 6, Xaltan, Altıağacda 3 sm-dir.
"Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı Pirallahıda 31, Maştağada 16, Binədə 12, Bakıda 11, Sumqayıtda 3 mm-dir.