Qızıl və gümüş bahalaşıb

Qızıl və gümüş bahalaşıb
İQTİSADİYYAT 11 Noyabr 2026 09:30
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.

Sitat.info xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,49% artaraq 4 050 dollarına bərabər olub.

“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 2,52% artaraq 52,52 təşkil edib.