Hörmüz boğazında iki neft tankerində yanğın – Biri minaya düşüb 

 Hörmüz boğazında iki neft tankerində yanğın – Biri minaya düşüb 
Dünya 10 Noyabr 2026 15:32

İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında iki neft tankerində yanğın baş verdiyini açıqlayıb. Tankerlərdən birinin dəniz minasına düşdüyü, digərinin isə qəza nəticəsində alovlandığı bildirilib.

Sitat.info xəbər verir ki, İran tərəfinin məlumatına görə, gəmilər müəyyən edilmiş marşrutdan kənarda hərəkət edib. Hadisələr nəticəsində hər iki tanker fəaliyyətini dayandırıb.

Xatırladaq ki, İran ABŞ ordusu ilə əməkdaşlıq edən və müəyyən edilmiş marşrutdan kənarda hərəkət edən gəmilərin hədəf alınacağını bəyan edib.

Aytac,

Sitat.info