26 milyon avroluq maaşdan imtina etdi

26 milyon avroluq maaşdan imtina etdi
İdman 10 Noyabr 2026 13:27
Səudiyyə Ərəbistanı “Əl-Hilal”ının baş məşqçisi Simone İnzaqi komandanı tərk etmək qərarına gəlib.

Sitat.info xəbər verir ki, bu haqda insayder Nikolo Skira məlumat yayıb. İtaliyalı mütəxəssis gələn ilin iyulunadək qüvvədə olan müqaviləsini yeniləməyəcək.

Bildirilir ki, “İnter”in sabiq baş məşqçisi Səudiyyə Ərəbistanında il ərzində 26 milyon avro məvacib alır. O, 2025-ci ilin yayından “Əl-Hilal”a rəhbərlik edir.

Komanda hazırda Səudiyyə Ərəbistanı Pro Liqasının turnir cədvəlinə liderlik edir. Paytaxt təmsilçisinin 11 turdan sonra 30 xalı var.

Qeyd edək ki, oktyabr ayında yayılan məlumatlara əsasən, “Arsenal”ın baş məşqçisi Mikel Arteta London klubu ilə müqaviləsini uzatdıqdan sonra dünyanın ən çox maaş alan futbol məşqçiləri siyahısında birinci pilləyə yüksəlib. Bununla da o, bu göstəricidə İnzaqini geridə qoyub.