Şri-Lankada üç avtobus toqquşdu -ölənlər var

Şri-Lankada üç avtobus toqquşdu -ölənlər var
Dünya 10 Noyabr 2026 13:20
Şri-Lankada üç avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 4 nəfər ölüb, 70-ə yaxın şəxs yaralanıb.

Sitat.info xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, əvvəlcə Şri-Lanka Nəqliyyat İdarəsinə məxsus iki avtobus toqquşub. Daha sonra üçüncü avtobus onlardan birinə çırpılıb.

Hadisənin başvermə səbəbləri Mihintale polisi tərəfindən araşdırılır.