Hörmüz boğazında daha bir tanker minaya düşdü

Hörmüz boğazında daha bir tanker minaya düşdü
HADİSƏ 10 Noyabr 2026 22:23

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında daha bir neft tankerinin dəniz minasına düşərək alovlandığını açıqlayıb.

Sitat.info "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, tanker boğazın şərq hissəsində əvvəlcədən icazə verilməyən marşrutla hərəkət edərkən dəniz minasına toxunub. Nəticədə güclü partlayış baş verib və gəmidə yanğın başlayıb.

SEPAH tankerlərə xəbərdarlıq edərək bildirib ki, onun təsdiqləmədiyi marşrutlarla boğazdan keçməyə cəhd etmək gəmiləri ciddi təhlükə qarşısında qoyur.

Məlumat təsdiqlənərsə, bu, bu gün ərzində Hörmüz boğazında zərər görən üçüncü tanker olacaq.

Aytac,

Sitat.info