Tanınmış aktyor vəfat etdi
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev Moskvada vəfat edib.
Sitat.info "Yeni Sabah”a istinadən xəbər verir ki, tanınmış teatr və kino aktyoru 70 yaşında idi.
Məlumata görə, aktyor bir müddət əvvəl Moskvada əməliyyat olunub.
Qeyd edək ki, uzun illər Azərbaycan Dövlət Kukla Teatrında çalışan Aslan Fətullayev bu ilin may ayında Prezident mükafatına layiq görülüb.