Dekabr ayında neçə gün iş olmayacaq?

Dekabr ayında neçə gün iş olmayacaq?
Gündəm 10 Noyabr 2026 15:59

2026-cı ilin dekabr ayında beşgünlük iş həftəsi ilə çalışan vətəndaşları 9 qeyri-iş günü gözləyir.

Sitat.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiq etdiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub.

Təqvimə əsasən, dekabr ayında 8 gün şənbə və bazar günlərinə təsadüf edir. Bundan əlavə, dekabrın 31-i – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də qeyri-iş günüdür.

Qeyd edək ki, beşgünlük iş rejimi ilə çalışanlar dekabr ərzində ümumilikdə 9 gün istirahət edəcəklər. Ay ərzində 22 iş günü nəzərdə tutulub. Altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə dekabr ayında 5 qeyri-iş günü olacaq.