Qubada dəhşət: Avtomobil ağaca çırpıldı, ölənlər var

Qubada dəhşət: Avtomobil ağaca çırpıldı, ölənlər var
HADİSƏ 11 Noyabr 2026 10:15
Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə noyabrın 10-da saat Quba-Tüləkəran avtomobil yolunun rayonun Gültəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Tüləkəran kənd sakini, 1995-ci il təvəllüdlü Nurəli Əlirzayev idarə etdiyi “VAZ-21214” markalı (“Lada Niva”) avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişin, 2003-cü il təvəllüdlü Fəqan Ədilov xəstəxanaya aparılarkən yolda ölüb. Sürücü və digər sərnişin, 2005-ci il təvəllüdlü Nuray Ədilov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.