Bakıda mənzildən meyit tapıldı

Bakıda mənzildən meyit tapıldı
HADİSƏ 11 Noyabr 2026 09:38
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən 3 əməliyyat keçirilib.

Bu barədə Sitat.info-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfər uşaq xilas edilib, 1 nəfərə müvafiq köməklik göstərilib və 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.