50 yaşlı qadın su çəninə düşərək boğulub öldü
Şamaxıda 50 yaşlı qadın su çəninə düşərək boğulub.
Sitat.info xəbər verir ki, Şamaxı şəhər sakini ruhi xəstə 1976-cı il təvəllüdlü Pakizə Gülaməddin qızı Piriyeva həyətindəki su çəninə düşüb boğularaq ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.