Azərbaycanda ağır qəza:Xeyli sayda yaralı var-Foto

Azərbaycanda ağır qəza:Xeyli sayda yaralı var-Foto
HADİSƏ 11 Noyabr 2026 12:53
Astarada idarəetməni itirən mikroavtobus aşıb.

Sitat.info xəbər verir ki, hadisə Kijəbə-Deqədi kənd yolunda baş verib.

Astara istiqamətində hərəkətdə olan "QazEl" markalı mikroavtobus Deqədi kəndi ərazisində aşıb. Qəza nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb. Xəsarət alanlar Astara və Lənkəran rayon mərkəzi xəstəxanalarına hospitalizasiya olunublar.

Marşrutda 20-ə yaxın sərnişin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda ağır qəza:Xeyli sayda yaralı var-Foto