Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb

Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
SOSİAL 11 Noyabr 2026 15:37

ADY-nin Astara Terminalında yükaşırma göstəriciləri tarixi maksimuma çatıb.

Sitat.info xəbər verir ki, 2026-cı ilin yanvar-oktyabr aylarında terminalda 753 min tondan çox yük aşırılıb.

Təkcə oktyabr ayında isə bu göstərici 122 min tonu ötüb.

Beləliklə, həm ilin ilk 10 ayı, həm də oktyabr ayı üzrə yükaşırma həcmlərində tarixi rekord qeydə alınıb.

Aytac