ADY-nin tranzit yükdaşımaları 20 faiz artıb
Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) tranzit yükdaşımalarının həcmi 2026-cı ilin ilk 10 ayında 6,5 milyon tonu ötüb.
Sitat.info xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə tranzit yükdaşımalarının həcmi 20 faiz artıb.
Təkcə oktyabr ayında tranzit yükdaşımalarının həcmi ötən ilin eyni ayı ilə müqayisədə 49 faiz artaraq 817 min tona çatıb.