ADSEA sədri Naxçıvanda su təsərrüfatı layihələrinin icrası ilə tanış olub - FOTOLAR

ADSEA sədri Naxçıvanda su təsərrüfatı layihələrinin icrası ilə tanış olub - FOTOLAR
SOSİAL 14 Noyabr 2026 17:04

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Naxçıvana səfəri çərçivəsində bir sıra su təsərrüfatı layihələrinin icra vəziyyəti ilə tanış olub.

Sitat.info xəbər verir ki, səfər zamanı Culfa rayonunun Əlincə kəndi ərazisində Bənənyar kanalına, Babək rayonunun Çeşməbasar və Gülşənabad kəndləri arasında 240 hektar sahədə qapalı suvarma və drenaj şəbəkəsinin tikintisinə, Nehrəm qəsəbəsində Araz-2 nasos stansiyasına, həmçinin Naxçıvan şəhəri ərazisində Qaraçux kanalının tikintisi işlərinə baxış keçirilib.

Layihələrin həyata keçirilməsi Naxçıvanda suvarma infrastrukturunun müasirləşdirilməsinə, su təminatının yaxşılaşdırılmasına və kənd təsərrüfatı torpaqlarının suvarma imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək.

ADSEA sədri Naxçıvanda su təsərrüfatı layihələrinin icrası ilə tanış olub - FOTOLAR ADSEA sədri Naxçıvanda su təsərrüfatı layihələrinin icrası ilə tanış olub - FOTOLAR ADSEA sədri Naxçıvanda su təsərrüfatı layihələrinin icrası ilə tanış olub - FOTOLAR ADSEA sədri Naxçıvanda su təsərrüfatı layihələrinin icrası ilə tanış olub - FOTOLAR ADSEA sədri Naxçıvanda su təsərrüfatı layihələrinin icrası ilə tanış olub - FOTOLAR ADSEA sədri Naxçıvanda su təsərrüfatı layihələrinin icrası ilə tanış olub - FOTOLAR ADSEA sədri Naxçıvanda su təsərrüfatı layihələrinin icrası ilə tanış olub - FOTOLAR