Bakıda daha bir nəfər bıçaqlandı
Bakıda 32 yaşlı kişi bıçaqlanıb.
Sitat.info xəbər verir ki, hadisə dünən gecə saatlarında Bakının Nizami rayonu ərazisində qeydə alınıb. Rayon sakini, 1994-cü il təvəllüdlü Qəmbər Tahir oğlu Quluzadə bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlanması məlum deyil.
Faktla bağlı araşdırma aparılır./oxu.az