Naxçıvanda qəzaya düşən deputat görün kim imiş? - Foto

Naxçıvanda qəzaya düşən deputat görün kim imiş? - Foto
HADİSƏ 14 Noyabr 2026 09:23
Naxçıvanda baş verən yol qəzasında deputatın da içində olduğu maşın aşıb, 1 nəfər ölüb.

Sitat.info-nun məlumatına görə, avtomobilin aşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğludur.

Təbriz Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 14 saylı Qarabağlar seçki dairəsinin deputatıdır. 

O, 1990-cı ildə Kəngərli (keçmiş Şərur) rayonunun Qarabağlar kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edib, 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsinin iştirakçısı olub, xəstəliyi ilə əlaqədar ordu sıralarından mayor rütbəsi ilə ehtiyata buraxılmış qazidir.

2022-ci ildən dövlət qulluğu sahəsində çalışıb. Xidməti dövründə Silahlı Qüvvələrin yaranmasının “95 illik” və “100 illik” medalları, “Qüsursuz xidmətlərə görə III dərəcəli” medal, “Vətən müharibəsi iştirakçısı” medalı, “İgidliyinə görə” medalı, “Xocavəndin azad olunmasına” və “Şuşanın azad olunmasına görə” medalları, “Azərbaycan Bayrağı” Ordeni ilə təltif edilib. Ali Məclisin Hüquq siyasəti komitəsinin üzvüdür.

Naxçıvanda qəzaya düşən deputat görün kim imiş? - Foto