Arif Mirzəyevin nəşi sabah Azərbaycana gətirilir

Arif Mirzəyevin nəşi sabah Azərbaycana gətirilir
Gündəm 13 Noyabr 2026 15:49

Bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi noyabrın 14-də Almaniyadan Azərbaycana gətiriləcək.

Bu barədə Sitat.info-ya Almaniya Azərbaycanlıları Alyansından məlumat verilib.

Bildirilib ki, nəşin Vətənə gətirilməsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə Almaniya Azərbaycanlıları Alyansı tərəfindən təşkil olunub.

Qeyd edək ki, Arif Mirzəyev 83 yaşında Almaniyada vəfat edib.