Türkiyədən Ermənistana dəmir yolu çəkilir
Türkiyənin Qars vilayətinin hakimiyyət nümayəndələri Ermənistanla sərhəddə dəmir yolunun tikintisinin gedişini yoxlayıblar.
Sitat.info xəbər verir ki, bu barədə “İhlas” agentliyi məlumat yayıb.
“Nümayəndə heyəti Qars vilayətinin sərhədyanı ərazisinə səfər edərək tikinti işlərinin gedişi ilə tanış olub və layihənin icrası ilə bağlı podratçı şirkətin hesabatını dinləyib”, - məlumatda deyilib.
Qeyd olunub ki, layihə uzun illərdir bağlı olan Ağyaxa (Doğu Kapı) sərhəd-keçid məntəqəsinin və dəmir yolu xəttinin fəaliyyətinin bərpası ehtimalı baxımından xüsusi əhəmiyyət daşıyır.