Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynlə qarşılaşacaq
Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu bu gün keçirəcək.
Sitat.info xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Lixtenşteyn seçməsi ilə üz-üzə gələcək.
D Liqasının 2-ci qrupunun matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Görüşün baş hakimi estoniyalı Kristo Tohver olacaq.
Xatırladaq ki, Azərbaycan millisi üç oyundan sonra hazırda beş xalla qrup lideridir. Litva dörd xalla ikinci, Lixtenşteyn bir xalla sonuncudur. Noyabrın 16-da, qrupun sonuncu qarşılaşmasında Litva Lixtenşteyni qəbul edəcək.