II Qareginin qardaşına həbs cəzası verildi

II Qareginin qardaşına həbs cəzası verildi
Dünya 12 Noyabr 2026 20:15

Ermənistanda məhkəmə bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevorq Nersisyanı 3 il müddətinə şərti azadlıqdan məhrum edib.

Sitat.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hakim Gevorq Manukyan qərarı elan edərkən bildirib.

Məhkəmənin hökmünə əsasən, katolikosun qardaşı oğlu Ambartsum Nersisyan isə 3 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin onun cəzasının icrası övladı 6 yaşına çatanadək təxirə salınıb.

Qeyd edək ki, cinayət işi bələdiyyə deputatlığına namizəd Harutyun Mkrtçyanın şikayəti əsasında açılıb. O iddia edib ki, noyabrın 1-də Gevorq Nersisyan və oğulları onun seçkiqabağı təşviqat aparmasına mane olublar.