Ukraynanın peyk rabitəsinə məhdudiyyət qoyuldu: Cəbhədə nə baş verir?
Ukrayna ordusu bir neçə gündür cəbhə xətti boyunca Starshield peyk rabitə sistemində ciddi nasazlıqlarla üzləşir.
Sitat.info xəbər verir ki, Prezident Volodimir Zelenski sistemin sürətinin saatda 161 kilometr səviyyəsində məhdudlaşdırıldığını bildirib.
Onun sözlərinə görə, bu məhdudiyyət Ukrayna qüvvələrinin Rusiya reaktiv dronlarını vaxtında ələ keçirməsini çətinləşdirir. Artıq müdafiə vasitələrinin sürət çatışmazlığı səbəbindən bəzi dronların hədəflərə çatdığı bildirilir.
Zelenski problemin səbəblərini aydınlaşdırmaq üçün ABŞ tərəfi ilə əlaqə saxladıqlarını qeyd edib.
Qeyd edək ki, Starshield Starlink sisteminin hərbi versiyasıdır və onun idarəetməsi ABŞ hökumətinin nəzarətindədir.
Nigar,
Sitat.info