Təbii qazın dəyəri artmağa davam edir

Təbii qazın dəyəri artmağa davam edir
İQTİSADİYYAT 12 Noyabr 2026 09:09
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb.

Sitat.info  xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.71% dəyər qazanaraq 3.2699 ABŞ dollarına bərabər olub.

Niderlandın "Title Transfer Facility" (TTF) platformasında qazın meqavat-saatının dəyəri isə 0.27% azalaraq 86.42 avroya bərabər olub.