Paşinyan Ərdoğan və Pezeşkianla görüşdü

Paşinyan Ərdoğan və Pezeşkianla görüşdü
Dünya 11 Noyabr 2026 18:15

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyənin Antalya şəhərində Prezident Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezeşkianla görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Melanya Harutyunyan məlumat yayıb.

Bildirilib ki, görüşlər Antalyada keçirilən COP31 iqlim konfransı çərçivəsində baş tutub. Paşinyanın Ərdoğan və Pezeşkianla apardığı danışıqların təfərrüatları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri COP31 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə və beynəlxalq əməkdaşlıq məsələlərinə həsr olunmuş Liderlər Sammitində iştirak edib.