Kapital Bank əməkdaşı ilə bloger arasında qalmaqallı telefon danışığı – “Varovskoy yaşayıram” - VİDEO
Tanınmış bloger Ramal İsayevlə Kapital Bankın əməkdaşı olduğu iddia edilən şəxs arasında telefon danışığı zamanı gərgin anlar yaşanıb.
Sitat.info BTV Xəbərə istinadən xəbər verir ki, yayılan audioyazıda tərəflər arasında kredit borcu ilə bağlı mübahisə yaşandığı eşidilir. Ramal İsayev bank əməkdaşının danışıq tərzinə etiraz edərək onun ünsiyyət formasını tənqid edir.
Dialoq zamanı “varovskoy həyat” ifadəsi də işlədilir. Bank əməkdaşı olduğu iddia edilən şəxsin bu ifadəyə verdiyi cavab diqqət çəkir. Söhbətdə kredit öhdəliyi, ünvan və görüş məsələləri ətrafında qarşılıqlı fikirlər səsləndirilir.
Yayılan audio bank əməkdaşlarının müştərilərlə ünsiyyəti və etik davranış qaydaları ilə bağlı müzakirələrə səbəb ola bilər.
Kapital Bankın hadisə ilə bağlı mövqeyini öyrənməyə və qarşı tərəfin açıqlamasını dərc etməyə açığıq.