22 yaşlı futbolçu məşqdə vəfat etdi

22 yaşlı futbolçu məşqdə vəfat etdi
İdman 11 Noyabr 2026 17:40

Fransanın "Sen-Deni" klubunun 22 yaşlı müdafiəçisi Vanis Onsor məşq zamanı ürəktutmasından keçinib.

Sitat.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesi zamanı futbolçunun səhhəti qəfil pisləşib.

Komanda yoldaşları ona ilk yardım göstərməyə çalışsalar da, idmançının həyatını xilas etmək mümkün olmayıb. Faciədən sonra "Sen-Deni" "Sen-Pyerruaz"a qarşı keçiriləcək matçı təxirə salıb.

Qeyd edək ki, V.Onsor 2026-cı ilin yanvarında "Sen-Deni"yə keçib.