Bakı Dəniz Limanında konteyner aşırmaları rekord həddə çatıb

Bakı Dəniz Limanında konteyner aşırmaları rekord həddə çatıb
İQTİSADİYYAT 11 Noyabr 2026 17:53

Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) Bakı Dəniz Limanında 2026-cı ilin yanvar-oktyabr aylarında konteyner aşırmaları üzrə ən yüksək göstərici qeydə alınıb.

Sitat.info xəbər verir ki, hesabat dövründə limanda 112 min TEU-dan çox konteyner aşırılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz artım deməkdir.

Eyni zamanda, 10 ay ərzində limanda aşırılmış ümumi yük həcmi 3 faiz, quru yük həcmi isə 60 faiz artıb.

Bakı Dəniz Limanında konteyner aşırmaları rekord həddə çatıb