Bakı Limanında konteyner daşımalarında rekord qeydə alındı

Bakı Limanında konteyner daşımalarında rekord qeydə alındı
SOSİAL 12 Noyabr 2026 10:06
Bakı Dəniz Limanında konteyner daşımaları üzrə rekord göstərici qeydə alınıb.

Sitat.info xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Dəmir Yollarının (ADY) Bakı Dəniz Limanında 112 min TEU-dan çox konteyner aşırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz çoxdur.

Bundan əlavə, hesabat dövründə limanda aşırılan ümumi yük həcmi 3 faiz, quru yük həcmi isə 60 faiz artıb.