Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
HADİSƏ 12 Noyabr 2026 10:15
Noyabrın 11-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis tərəfindən təmin olunub.

Sitat.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 164, o cümlədən borclu şəxs qismində axtarışda olan 131 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.