Rusiya Kiyevə zərbə endirdi: ölən və yaralananlar var

Rusiya Kiyevə zərbə endirdi: ölən və yaralananlar var
Dünya 12 Noyabr 2026 13:10

Rusiya ordusu gecə saatlarında Ukraynanın hərbi zavodlarına, o cümlədən Kiyevə kütləvi zərbələr endirib.

Sitat.info Reuters-ə istinadən xəbər verir ki, Kiyevin meri Vitali Kliçko Rusiya dronunun şəhərin Solomyanski rayonunda 9 mərtəbəli yaşayış binasına düşdüyünü bildirib. Nəticədə bir qadın ölüb, beş nəfər yaralanıb, binada yanğın baş verib.

Rusiya Müdafiə Nazirliyi Kiyev və ətrafında raket istehsalı zavodunun, dron yığma sexinin və raket yanacağı fabrikinin vurulduğunu açıqlayıb. Həmçinin Jitomir vilayətində elektrik yarımstansiyalarına zərbələr endirildiyi bildirilib.

Ukrayna rəsmiləri Rusiya hücumları nəticəsində Rivne vilayətində enerji və mülki infrastruktura da ziyan dəydiyini açıqlayıblar.

Rusiya tərəfi isə gecə ərzində Moskvaya doğru hərəkət edən 5 Ukrayna dronunun, ümumilikdə ölkə ərazisində isə 71 dronun hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu iddia edib.

Aytac, 

Sitat.info