Rus qazının Türkiyəyə nəqli üçün yeni imkanlar açılır - Kreml
l
Rusiya ilə Türkiyə arasında qaz sektorunda əməkdaşlıq qlobal enerji bazarındakı çətin vəziyyətə baxmayaraq sabit qalır.
Sitat.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Energetika Nazirliyinin tabeliyindəki Rusiya Enerji Agentliyinin baş direktoru Aleksey Kulapin COP31 konfransı çərçivəsində Antalyada bildirib.
Onun sözlərinə görə, qlobal qaz bazarında iqtisadi və siyasi amillər, eləcə də Yaxın Şərqdəki böhran səbəbindən ciddi qeyri-sabitlik hökm sürür.
Kulapin hazırkı vəziyyətin Rusiya qazının tədarükü üçün yeni imkanlar açdığını vurğulayıb. O, Türkiyə ilə bu sahədə əməkdaşlığın uzunmüddətli olacağına ümid etdiyini bildirib.
Nigar,
Sitat.info