ABŞ nümayəndələri Moskvaya gəldi – Putinlə görüşəcəklər
ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner cümə axşamı səhər saatlarında Moskvaya gəliblər.
Sitat.info TASS-a istinadən xəbər verir ki, onları Vnukovo hava limanında Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin günün ilk yarısında ABŞ nümayəndələri ilə görüşəcək.
Kremlin köməkçisi Yuri Uşakov görüşün diplomatik protokola uyğun keçiriləcəyini bildirib. Cared Kuşner isə müzakirələrin noyabrın 10-11-də Əbu-Dabidə keçirilən Ukrayna üzrə üçtərəfli danışıqlarda qaldırılan mövzuları əhatə edəcəyini deyib.
Aytac,
Sitat.info