Konqoda Ebola epidemiyası nəzarətdən çıxır: Yoluxanların sayı 11 mini keçib
Konqo Demokratik Respublikasında altı aydır davam edən Ebola epidemiyası ilə bağlı vəziyyət ağır olaraq qalır.
Sitat.info Reuters-ə istinadən xəbər verir ki, Sərhədsiz Həkimlər Təşkilatı (MSF) bu barədə xəbərdarlıq edib.
Məlumata görə, virusun yayılması hələ də nəzarətə götürülməyib.
Təşkilatın məlumatına görə, təsdiqlənmiş yoluxma hallarının sayı 11 mini ötüb. May ayında başlayan epidemiya virusun nadir Bundibugyo növündən qaynaqlanır.
Bu virusa qarşı təsdiqlənmiş peyvənd və müalicə vasitəsi yoxdur. MSF bildirir ki, bəzi bölgələrdə yoluxma halları xəstəxanaların özündə də artır. Tibb işçilərinin bir qismi təlimsiz və əməkhaqqısız çalışır, təcili yardım avtomobilləri isə yanacaqsız qalır.
Təşkilat ayrılan maliyyə vəsaitlərinin ehtiyacı olan insanlara çatmadığını vurğulayıb. MSF Konqo hökumətini və BMT qurumlarını epidemiyaya qarşı mübarizəni gücləndirməyə çağırıb.
Nigar,
Sitat.info