İsraildə İrana hücum hazırlığı: Tehran Avropanı vurmaqla hədələdi
Sitat.info “Al Jazeera”-yə istinadən xəbər verir ki, İsrailin təhlükəsizlik kabineti Baş nazir Benyamin Netanyahunun sədrliyi ilə keçirilən iclasda orduya İrana mümkün zərbələr üçün hazırlığı artırmaq tapşırığı verib. Bu barədə İsrailin KAN dövlət telekanalı məlumat yayıb.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai bildirib ki, ABŞ İrana qarşı yenidən müharibəyə başlayarsa, hücumda iştirak edən bütün hərbi bazalar, o cümlədən Yaxın Şərq və Avropadakı obyektlər İranın qanuni hədəfinə çevriləcək.
O, “Təhlükəsiz məsafə, təhlükəsiz sığınacaq və toxunulmazlıq olmayacaq” deyə vurğulayıb.
Bu arada, ABŞ və İran arasında diplomatik danışıqların bərpası istiqamətində səylər davam edir. ABŞ Prezidenti Donald Tramp Qətərin vasitəçiliyi ilə aparılan diplomatik cəhdlərin nəticəsiz qalacağı təqdirdə hərbi əməliyyatların yenidən başlaya biləcəyini istisna etməyib.
Gərginlik fonunda İran ABŞ-ın 60 faizədək zənginləşdirilmiş uran ehtiyatlarının üçüncü ölkəyə köçürülməsi təklifini rədd edib. Bu qərardan sonra dünya bazarında neftin qiymətləri də yüksəlib.
Tehran,
Sitat.info