Dublində "Avropa Siyasi Birliyi"nin sammiti başlayır

Dublində \"Avropa Siyasi Birliyi\"nin sammiti başlayır
SİYASƏT 12 Noyabr 2026 13:52
Dublində "Avropa Siyasi Birliyi"nin (ASB) sammiti başlayır, tədbirdə Avropanın və digər tərəfdaş dövlətlərin 50-yə yaxın ölkəsinin liderləri iştirak edirlər.

Sitat.info xəbər verir ki, görüş Dublin Konqres Mərkəzində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və İrlandiyanın Baş naziri Mixal Martinin həmsədrliyi ilə keçirilir.

 Kanada da qonaq qismində iştiraka dəvət olunub.

İştirakçıların diqqət mərkəzində Avropa təhlükəsizliyi, Rusiyanın Ukraynaya qarşı müharibəsi, iqtisadi rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturunun inkişafı və regional qarşılıqlı əlaqənin gücləndirilməsi dayanır.