Teymur Musayevə daha bir vəzifə verildi
Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi yenilənib.
Sitat.info xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, komissiyanın sədri vəzifəsində Əli Əhmədovun adı Teymur Musayevlə əvəzlənib.
Qeyd edək ki, Teymur Musayev ötən ay səhiyyə naziri vəzifəsindən azad edilərək baş nazirin müavini təyin edilib.