Pambıq pullarını ala bilməyən fermerlər Kənd Təsərrüfatı Nazirliyinin qarşısına toplaşdı: "Dedilər ki, bizlik deyil..." - VİDEO

Pambıq pullarını ala bilməyən fermerlər Kənd Təsərrüfatı Nazirliyinin qarşısına toplaşdı: \"Dedilər ki, bizlik deyil...\" - VİDEO
SOSİAL 12 Noyabr 2026 17:05

Xəbər verdiyimiz kimi, verdiyimiz kimi, bir neçə gündür pambıq pullarını ala bilmədiklərini bildirən fermerlər “AzTəsərrüfat” MMC ilə bağlı şikayətlərini davam etdirirlər.

Sitat.info xəbər verir ki, bu gün problemlə üzləşən 30-a yaxın fermer Kənd Təsərrüfatı Nazirliyinin qarşısında toplaşaraq məsələ ilə bağlı qəbulda olublar.
Fermerlərin sözlərinə görə, artıq iki aydır nazirliyə müraciət etsələr də, problem həllini tapmır:
“Deyirlər ki, bu məsələ bizlik deyil. Bəs problemin həlli üçün kimə müraciət etməliyik? Nazirlikdən başqa müraciət edə biləcəyimiz bir qurum varmı?!”.
Kənan Yusif,
Sitat.info