Monteneqro Prezidenti Azərbaycana səfər edəcək

Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
SİYASƏT 12 Noyabr 2026 15:59

Monteneqro Prezidenti Yakov Milatoviç Azərbaycana səfər edəcək.

Sitat.info xəbər verir ki, bunu Monteneqro Prezidenti Yakov Milatoviç Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

    “Hazırda bizim komandaların – mənim ofisimlə Azərbaycanın Prezident Administrasiyası arasında müzakirələr aparılır. Hazırda səfərin tarixi ilə bağlı danışıqlar aparırıq. Düşünürəm ki, Bakı Qlobal Forumunda iştirak etmək üçün gələ bilərəm və hazırda səfərin vaxtını həmin tədbirlə uzlaşdırmağa çalışırıq”, - deyə o, qeyd edib.