Türkiyə və Gürcüstan prezidentləri Cənubi Qafqazı müzakirə etdilər

Türkiyə və Gürcüstan prezidentləri Cənubi Qafqazı müzakirə etdilər
Dünya 12 Noyabr 2026 19:14

Antalyada 31-ci BMT İqlim Dəyişikliyi Konfransı (COP31) çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin görüşü olub.  

Sitat.info  xəbər verir ki, prezidentlər Cənubi Qafqazdakı vəziyyəti və regionda davamlı sülhün möhkəmləndirilməsinin vacibliyini müzakirə ediblər. 

Gürcüstan Prezident Administrasiyasının məlumatına görə, tərəflər regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi aparıb və Tbilisi ilə Ankara arasında strateji tərəfdaşlığın inkişafını müzakirə ediblər.

Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasının vacibliyinə xüsusi diqqət yetirilib. Liderlər həmçinin ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat və enerji infrastrukturunun inkişafı, Orta Dəhlizin və Bakı-Tbilisi-Qars dəmir yolunun rolunun gücləndirilməsi perspektivlərini müzakirə ediblər.

Kavelaşvili Gürcüstanın Türkiyə ilə strateji tərəfdaşlığını daha da inkişaf etdirməyə hazır olduğunu təsdiqləyib və Ərdoğanı ölkəyə səfərə dəvət edib.