Bakının bəzi ərazilərində qaz olmayacaq

Bakının bəzi ərazilərində qaz olmayacaq
SOSİAL 13 Noyabr 2026 09:41
Bu gün Bakının Nəsimi rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunda 5-ci Mikrorayonun, 3005-ci məhəllənin və 20 Yanvar küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.