Prezidentin Endi Börnhemlə də görüşü gözlənilir

Prezidentin Endi Börnhemlə də görüşü gözlənilir
SİYASƏT 12 Noyabr 2026 21:05

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib.

Sitat.info-nun məlumatına görə, yaxın saatlarda Prezident İlham Əliyevin Britaniyanın Baş naziri Endi Börnhemlə görüşü gözlənilir.

Məlumata görə, görüşdə Azərbaycan və Britaniya arasında Strateji Tərəfdaşlığa dair sənədin imzalanması nəzərdə tutulur. Bu sənədlə Azərbaycan və Britaniya münasibətlərində tam yeni səhifə açılır, əlaqələrdə yeni mərhələ başlayır.