45 mindən çox şəxsə əlillik təyin olunub
Cari ilin 10 ayında 45,4 min şəxsə əlillik təyin edilib.
Sitat.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 18,3 min şəxsə ilkin, 27,1 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.
"Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir", - məlumatda qeyd olunub.